Sığorta
20.09.2022 / 11:05
"AtaSığorta" şirkətinə yeni sədr təyin edildi
24186
"AtaSığorta" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bu barədə Valyuta.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, səhmdarların qərarı ilə İdarə Heyətinin sədr müavini Xətai İsmayılov şirkətin yeni sədri seçilib.
Qeyd edək ki, İH-nin keçmiş sədri Orxan Məmmədov şirkətdən ayrıldıqdan sonra onun vəzifəsinin müvəqqəti icrası X.İsmayılova tapşırılmışdı.
Xatırladaq ki, X.İsmayılov 2011-ci ildən “AtaSığorta”da müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə Hüquq departamentinin direktoru, 2021-ci ildə isə şirkətin İdarə Heyəti sədrinin müavini təyin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay