Sığorta
27.05.2022 / 13:24
Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq
22125
Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
"Report"un xəbərinə görə, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay