Sığorta
20.05.2022 / 10:28
“Standard Insurance”nin əmlakları satışa çıxarıldı - 2.5 dəfə ucuz qiymətə
21976
Mayın 27-də ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçiriləcək.
Bu barədə Valyuta.az-a şirkətin ləğvetmə komissiyasından bildirilib. Məlumata görə, “Standard Insurance”yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil yenidən satışa çıxarılır. Əmlakların təkrar hərrac qiyməti 875 min manat müəyyən edilib.
Qeyd edək ki, ilk hərracda əmlaklar 2 milyon manata təklif edilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay