Sığorta
16.03.2022 / 11:32
Aqrar Sığorta Fondu fəaliyyətinin ilk ilində 1,5 milyon manat zərər edib
20668
Aqrar Sığorta Fondu fəaliyyətinin ilk ili olan 2020-ci ili 1,458 milyon manat xalis zərərlə başa vurub.
Valyuta.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.
İl ərzində Aqrar Sığorta Fondunun vergiyəqədərki zərəri 1,746 milyon manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 288 min manat təşkil edib.
2021-ci il yanvarın 1-nə Aqrar Sığorta Fondunun aktivləri 7,979 milyon manat olub. Bunun 437 min manatı Fondun öhdəliklərinin, 7,542 milyon manatı isə balans kapitalının hesabına formalaşıb.
Xatırladaq ki, Aqrar Sığorta Fondu ölkə prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 9 milyon manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay