“Meqa Sığorta” dirçələ bilmir - MİLYONLARLA PUL İTKİSİ DAVAM EDİR
“Meqa Sığorta” ASC-nin 2021-ci il üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb. Ötən il ərzində şirkətin yığmlarında, o cümlədən satışlarında kəskin azalma tendensiyası davam edib.
Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabata görə, şirkət ötən il ərzində 24,727 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilin (2021) göstəricisi ilə müqayisədə 3,887 mln. manat və ya 13,58% az olub.
Ötən il ərzində şirkət tərəfindən ümumilikdə 5,324 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 464 min manat və ya 9,54% çox olub.
Qeyd edək ki, ötən ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.
Şirkət FED.az-a açıqlamasında bildirmişdir ki, sığorta yığımlarında yaranan azalma bəzi layihələrin (müştərilərin Meqa Sığortadan uzaqlaşması, müqavilələrin dayandırılması) vaxtının bitməsi ilə bağlı olub. //Fed.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay