“Azsığorta”nın İdarə Heyətinə YENİ TƏYİNATLAR
Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev “Azsığorta” ASC-nin İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.
Bu barədə Valyuta.Az-a Şirkətdən məlumat verilib.
Qoşqar Şəkərəliyev Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit fakültəsi üzrə bakalavr və magistr pilləsini fərqlənmə ilə bitirib. O, daha sonra ikinci ali təhsil olaraq T.Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsini bitirib. Q.Şəkərəliyev İqtisad üzrə fəlsəfə doktorudur.
2002-ci ildən bir neçə sığorta şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin, Azərbaycan Resdpublikasının Kənd Təsərrüfatı Nazirliyində çalışaraq “Aqrar Sığorta” layihəsinın hazırlanmasında iştirak edib. Q.Şəkərəliyev 2017-ci ildən “Azsığorta”da çalışır.
Elbrus Fərzəliyev Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını bitirib.
İlk iş fəaliyyətinə Naxçıvan MR, Maliyyə və İqtisadiyyat Nazirliyində başlayıb. Uzun müddət Naxçıvan MR, Nazirlər Kabinetində dövlət qulluğunun müşaviri olaraq müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən “Azsığorta”da çalışır.
Xatırladaq ki, “Azsığorta”nın Direktorlar Şurasının sədri Viladi Maniyev, şirkətin İdarə Heyətinin sədri isə Yusif Soltanovdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay