Sığorta
12.04.2021 / 12:44
Ləğv edilən "Rəvan Sığorta"nın öhdəlikləri hansı şirkətə verildi?
10675
Ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin aktiv sığorta müqavilələri üzrə öhdəlikləri "A-Qrup Sığorta" ASC-yə ötürülüb.
Bu barədə Valyuta.az-a bazarı tərk etmiş şirkətdən bildirilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Rəvan Sığorta"nın lisenziyasını ötən ay ləğv edib. Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, şirkətin könüllü müraciəti əsasında qəbul olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay