"Azərsığorta"nın mənfəəti artıb
Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2020-ci ili 1,919 milyon manat mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2 % çoxdur.
Ötən il "Azərsığorta"nın gəlirləri 82,102 milyon manat (illik müqayisədə 51 % çox), xərcləri isə 80,183 milyon manat (52,8 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 54,525 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 52,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 97,9 % artaraq 35,775 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 18,751 milyon manata çatıb.
Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay