BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7864
  • RUB
    1.6402
  • TRY
    0.0486
  • GBP
    2.1554
61628

Azərbaycanda əhalinin təbii qazdan istifadəsinə görə limit tətbiq edilir. Tarif Şurasının 2021-ci ildə verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik, 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla hesablanır.

Hər yeni ildə qaz limiti yenilənir. Hazırda 2024-cü ilin son günlərini yaşayırıq. Bu, o deməkdir ki, gələn ay təbii qaz limitləri yenilənəcək. Lakin mənzillərini təbii qazla qızdıranlar təbii qazın aşağı limitini elə ilin ilk ayları, yəni yanvar, fevral kimi soyuq aylarda keçdiklərini bildirirlər. Belə olduqda əhali məcbur qalıb 12 qəpiyə aldığı bir kubmetr təbii qaza 20 və ya 25 qəpik ödəməli olur.

Xatırladaq ki, bu ilin fevral ayına olan rəsmi məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstahsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 599 min 43-ə çatıb.

Bəs cari ildə neçə abonent və ya abonentlərin neçə faizi aşağı qaz istifadəsi limitini keçib?

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ilin ilk 11 ayı ərzində abonentlərin yarıdan çoxu qaz limitini keçməyib:

“2024-cü ilin on bir ayın statistikası onu deməyə əsas verir ki, 51 faiz abonent aşağı qaz istifadəsi limitini, yəni 1200 kubmetrədək limiti keçməyib. Dekabr ayını da nəzərə alsaq, bu, ən pis halda 46 faiz təşkil eləyə bilər”.

Xatırladaq ki, Azərbaycanda təbii qazın istehlakına limitlər ilk dəfə 2016-cı ildən tətbiq olunmağa başlanıb. Bu tarixdən etibarən, əhali üçün müəyyən qaz istehlak limitləri müəyyən edilmiş və bu limitin aşılması halında əlavə ödənişlər tətbiq olunmağa başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

Banka getdi, sualına cavab vermədilər - "VTB Bank"dan narazılıq

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

"Honda" və "Nissan" birləşmək barədə danışıqlar aparır

Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir

Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir

Azərbaycanda turistlər üçün sərfəli avtomobil kirayəsi: “Get Rent a Car”

Azərbaycanda turistlər üçün sərfəli avtomobil kirayəsi: “Get Rent a Car”

Kirayə pulu ödəyərək sonradan mənzilə necə sahib olmaq olar?

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Sabahın hava proqnozu

Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?

DSX-dan 1,5 milyon manatlıq 7 yeni tender elanı - Cədvəl

Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozunu açıqladı

Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozunu açıqladı

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il®

İlk səyahətləri baha edən səbəblər

ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi: 236,8 milyon manat...

Ötən ay ölkəyə gündə 122 hibrid avtomobil gətirilib - Məbləğlər

Ötən ay ölkəyə gündə 122 hibrid avtomobil gətirilib - Məbləğlər

AMB: 2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək

AMB: Not emissiyası 5 dəfəyə yaxın azalıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

8 ildir qaza qoyulan limit - Bu il nə qədər abonent limiti keçib? - Rəsmi AÇIQLAMA

Bu şirkət yalnız “Bakı Metropoliteni”nin tenderlərini udur

Qızıl və gümüş cüzi bahalaşıb

Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək

620-dən 5300 manatadək... - Azərbaycan hotellərində Yeni il QİYMƏTLƏRİ

"Bitcoin"in tarixi rekordu və növbəti proqnozlar - GENİŞ TƏHLİL

"Bitcoin"in tarixi rekordu və növbəti proqnozlar - GENİŞ TƏHLİL

Azərbaycanda BOKT qızıllarını satışa çıxarır

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşıb

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin