BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
8363

2021-ci il yanvarın 1-dən müdzlu işçilərin və fərdi sahibkarların gəlirlərindən icbari tibbi sığorta haqqı tutulmağa başlayıb.

Valyuta.az xəbər verir ki, bu yeni ödəniş olduğundan onun məbləği və tutulma qaydaları ilə bağlı vətəndaşlarda müəyyən suallar yaranıb. Muzdlu işçilər konkret hansı gəlirlərindən icbari tibbi sığorta haqqı tutulduğunu dəqiqləşdirmək istəyirlər. Bəs hansı gəlirlər əməkhaqqı fonduna daxil edilən gəlir hesab olunur? 

Suallarımıza Dövlət Vergi Xidmətindən aydınlıq gətirilib. Bildirilib ki, “Tibbi sığorta haqqında” qanunun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta haqqı tutulur. Sığortaolunan tərəfindən isə əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində hesablanır.

Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə ödənilməli olan məbləğlərə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Belə ki, bu il muzdlu işçilərbu il ərzində aldıqları  əməkhaqqının 8000 manatadək olan hissəsindən 1 faiz, ondan yuxarı hissəsindən isə 0,5 faiz icbari tibbi  sığorta haqqı ödəyəcəklər. 

Əməkhaqqının tərkibinə gəlincə, DVX-dən qeyd edilib ki, bu, Əmək Məcəlləsinə uyğun olaraq hesablanır. Məcəllənin 157-ci maddəsinin müddəalarına görə, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 

“Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir”.

Muzdlu işçilərin əməkhaqqına daxil olmayan gəlirlərindən isə icbari tibbi sığorta haqqı tutulmayacaq. 
 
Qeyd olunanlara əsasən icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.

Əsas: Əmək Məcəlləsinin 157-ci maddəsi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olundu

MEDİA onlayn və çap mediasına dəstək üçün müsabiqə elan etdi

Azərbaycanda maaşlar saathesabı verilə bilərmi? (ŞƏRH)

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Qızıl və gümüş yenidən ucuzlaşıb

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib

Deputata məxsus olduğu iddia edilən şirkət məhkəmə qarşısında

Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb

İş müsahibəsindən sonra namizədlərə cavabın gec verilmə səbəbləri

General-mayor Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edildi

Sabah Şuşaya növbəti köç olacaq

Azərişıq ASC istehlakçıların hüquqlarını pozub? - Qurum məhkəməyə verildi

Azərişıq ASC istehlakçıların hüquqlarını pozub? - Qurum məhkəməyə verildi

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

Sosial müavinət alanların sayı açıqlanıb

İlk iş günümüzdə necə davranmalıyıq?

Qubadlının iki kəndində tikinti işlərinə başlanıldı (FOTOLAR)

332 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdiri zərərin ödənilməsinə görə vaxt istəyib

Xaqani bağı genişləndirilir - Video

Zəlzələ xəbərdarlığı: bu ilin ən riskli zonaları - Seysmoloqlar

Külli miqdarda siqaretlər aşkar edilib

Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq

Türkiyədən 40 milyon dollarlıq mebel, kağız və meşə məhsulları almışıq – Nə qədər azalıb?

"Bank VTB Azərbaycan"ın Mərkəzi Banka borcu 1 milyon manatdan çox artıb

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

İş səyahətinə gedənlərə tövsiyələr

İş səyahətinə gedənlərə tövsiyələr

Anar Bayramov: “İdarəetməni dəyişmək, “Z” nəslinə uyğunlaşdırmaq lazımdır”

Dünya bazarlarında neft ucuzlaşıb

Avro, rubl və lirə manat qarşısında ucuzlaşdı - Məzənnə

2023-cü ildə ərzaq böhranı Latın Amerikasında 13,8 milyon insana təsir edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin