Səhiyyə
08.01.2025 / 19:42
İcra başçısının bacısı xəstəxananın vergi borcunu bağladı
62813
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısı direktor olduğu xəstəxananın vergi borcunu bağlayıb.
Valyuta.az-ın məlumatına görə, icra başçısının bacısı Səfərova Kamalə Əsəd qızı 2019-cu ildən Şuşa Mərkəzi Rayon Xəstəxanasının direktorudur.
Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında yerləşən xəstəxananın iki ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10147.21 manat vergi borcu var idi.
Yeni ilin ilk günündə Kamalə Səfərova xəstəxanaın vergi borcunu bağlayıb.
Sadiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay