BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
43795

Vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, habelə dərmanların qiymətinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlərin görülməsi təklif olunub.

Valyuta.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda qeyd edilib ki, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması məqsədilə yeni İstehsal müəssisələri yaradılır, eləcə də qanunvericilik aktları təkmilləşdirilir:

""Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmində dəyişikliyə və həmin dəyişikliklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri mövcud tariflərdən 20-29%-ə qədər aşağı, adi ekspertiza tarifləri isə mövcud tariflərdən 19-20%-ə qədər yuxarı təsdiq edilib.

Dövlət tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı hədd olaraq tənzimlənməsi idxalçılar və apteklərə dərmanları daha aşağı qiymətə satmağa və qiymətlərlə rəqabət aparmağa imkan verəcək.

Eyni zamanda, yerli istehsalın təşkili ilə əlaqədar bildiririk ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) investisiya portfelində əczaçılıq sahəsində birdəfəlik şprislərin və infuzion məhsulların istehsalı üzrə layihələr mövcuddur. 2022- ci il 5 avqust tarixində AİŞ və "Diamed Development Group" MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulmuş, Pirallahı rayonunda yerləşən zavodda istehsal prosesinə başlanılıb.

Bundan əlavə, 2023-cü ilin əvvəlində AİŞ ilə Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" Şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı ilə bağlı layihənin həyata keçirilməsinə dair 2023-cü il 3 may tarixində əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd olunanlarla yanaşı, dərmanların satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin istehlak bazarına təsirinin müəyyənləşdirilməsi ilə bağlı ən çox satılan 105 dərman vasitəsi üzrə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən apteklərdə monitorinqlər aparılıb, dərman vasitələrinin idxalı, topdansatışı və pərakəndə satışı sahəsində yüksək bazar payına malik olan şirkətlərdən toplanılmış məlumatlar əsasında müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin