"ABC-Telecom" məhkəməyə niyə verilib?
"ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İşə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, eyni maddə ilə "Gatevay Global Ltd", MMC, "Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC barəsində də cərimə protokolu tərtib edilib.
Vüqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay