BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
14467

"Peyvənd vurdurmayanlara qarşı cəzalar yolverilməzdir. Sadəcə, onlara münasibətdə müəyyən məhdudiyyətlər qoyulmalıdır”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bir sıra ölkələrdə vaksindən istifadə etməyən şəxslərə qarşı həbs etmək, işdən çıxarmaq kimi cəza tədbirlərinin görüləcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib. 

Amma həmsöhbətimizin fikrincə, belə şəxslərə münasibətdə bəzi məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq: 

"Peyvənd vurdurmayanlara qarşı hər hansı bir cəza tədbirlərinin görülməsindən söhbət gedə bilməz. Çünki proses könüllüdür.  Proses icbari xarakter daşıyarsa və bu zaman vətəndaş ondan yayınarsa, bu halda qayda pozulması kimi cəza tətbiqi gündəmə gələ bilər.  Sadəcə olaraq, sosial diskriminasiya məsələsi var.  Yəni peyvənd vurdurmayan şəxslərə münasibətdə müəyyən məhdudlaşdırıcı tədbir və qaydalar görülə bilər. Yəqin ki, belələri müəyyən yerlərə buraxılmayacaq. Məsələn, peyvənd vurdurmayanların kütləviliyin olduğu qapalı yerlərə, idman zalları, toylara, yas mərasimlərinə girişi qadağan oluna bilər. Bunun özü də cəza tədbiridir”. 

Həkim situasiyanın daha da sadələşdirilməsini təklif edir: 

"Peyvənd vurulması hələ məsələnin həlli demək deyil. Peyvənddən başqa xəstəliyi keçirənlər var. Ən yaxşı variant antikor testidir. Bu testin normal olması əsas göstərici hesab olunmalıdır. Təəssüf ki, hazırda xeyli sayda şəxs peyvənd olunsa da, onların orqanizmində heç bir immunitet formalaşmayıb. Belə olan halda peyvənd pasportunun heç bir önəmi olmayacaq. Ona görə hesab edirəm ki, mövcud vəziyyətdə bəzi məsələlər dəqiqləşdirilməlidir”. 

A. Qeybulla düşünür ki, əslində xaricə gedəndə COVİD-19 testi vermək kifayətdir: 

"Bununla məsələ bitir. Azərbaycanda vətəndaşların vurdurduğu Sputnik-v, və Çin istehsalı olan vaksin AB tərəfindən hələ ki, qəbul olunmayıb. Ona görə də pasportun xaricdə işləyib-işləməyəcəyini bilmirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin