Pandemiya dövründə repetitor xidmətləri üçün yeni TƏLƏBLƏR
COVİD-19 pandemiyası dövründə fərdi tədris və repetitor xidmətlərinin necə fəaliyyət göstərəcəyi məlum olub.
Valyuta.az-ın verdiyi məlumata görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.
Sənəddə qeyd olunub ki, fərdi tədris və repetitor xidmətlərində onlayn tədris prosesinə üstünlük verilməli, fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir.
Eyni zamanda tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bir metrdən az olmamaq şərti ilə tədris vaxtı sosial məsafənin qorunması zəruridir.. Dərs vəsaitləri ortaq istifadə edilməməli, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay