BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
10455

İnsanlar səhhəti ilə bağlı problem yaşadıqları zaman xəstəxanalara üz tuturlar. Bəzən  həkimlər  xəstələri analiz üçün digər klinikalara yönləndirirlər. Bu isə xəstələrin get-gələ düşmələrinə, əlavə xərclərə və əziyyət çəkmələrinə səbəb olur. Hətta iddialar var ki, həkimlər çalışdıqları xəstəxanadan hansısa digər klinikaya analizə göndərişə görə əlavə gəlir əldə edirlər.

Bu cür sui-istifadə halları haqqında danışan mütəxəssislər həm hüquqi, həm də tibbi cəhətdən məsələyə aydınlıq gətiriblər.

Həkim Adil Qeybulla xəstədə olan problemi dəqiqləşdirmək üçün onu başqa yerə yönləndirməyin doğru olduğunu bildirib:

“Özəl sektorda isə həkim yanına gələn xəstəyə heç kim müdaxilə etmir. Xəstə əgər yönləndirildiyi həkimdən narazı olsa, şikayət etmə haqqı da var. Özəl sektor kommersiya təyinatlı tibb məntəqəsidir və fəaliyyət istiqamətləri tam fərqlidir. Dövlət sektorunda bəzi problemlər olur. İcbari Tibbi Sığortanın tətbiqi zamanı artıq bu cür hallar baş verməyəcək,  hamı sığorta paketinin daxilində müayinə olunacaq və analizini istədiyi yerdə tam pulsuz formada verə biləcək”.

Deputat Müşviq Məmmədli məsələyə hüquqi cəhətdən aydınlıq gətirib. Qeyd edib ki, bu cür məsələlərdə iki faktor var:

“Birincisi odur ki, dövlət xəstəxanasında verilən analizlər insanları tam qane etmir. Bu analizlər müxtəlif reaktiv avadanlıqlar vasitəsi ilə həyata keçirilməlidir. Analiz reaktiv avadanlıqla həyata keçirilməsə, xəstələrin başqa yerə yönləndirilməsi normaldır. İcbari Tibbi Sığorta Agentliyinin tibb məntəqələri üçün müvafiq təlimatları və göstəriciləri var. Tibbi sığortanın hansı müəssisə ilə anlaşması varsa, insanlar analizlər və müalicə üçün həmin yerlərə yaxınlaşa bilərlər. Bu müayinələrin, analizlərin  təminatı dövlət tərəfindən ödəniləcək. Belə olduqda xəstələrin başqa həkimlərin yanına göndərilməsi hüquqi cəhətdən düzgün olacaq”.

Onun fikrincə, baş verən mənfi halların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır:

“Məsələn, xəstəxanaların maddi-texniki bazası gücləndirilməlidir. Müayinə və analizlərlə bağlı təminatı dövlət xəstəxanası verə bilmirsə, İcbari Sığorta Agentliyi bu istiqamətdə addımlar atmalıdır. Qonşu Türkiyədə belədir ki, dövlət xəstəxanası müayinə edə bilmədiyi xəstəni digər özəl qurumlara yönləndirir, amma vətəndaş buna görə heç bir ödəniş etmir. Onun pulu müvafiq strukturlar tərəfindən ödənilir. Azərbaycanda da İcbari Tibbi Sığorta sistemi tənzimləndikcə, bu üsula keçiləcək. Bu cür mənfi hallarda aradan qalxacaq”. // Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin