BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
38254

Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Valyuta.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın Ədliyyə, Elm və Təhsil, İqtisadiyyat Nazirliyi, Maliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Həmin qurumlar bir ay müddətində Universitetin nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Həmçinin, Maliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin fəaliyyətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində torpaq sahəsi ilə təminatı məsələlərini həll edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim eməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Mütəmadi olaraq işçilər psixoloji diaqnostikadan keçməlidir” – Bu, şirkətlər üçün niyə lazımdır?

Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq

Saxta mesajlar göndərərək kart məlumatlarınızı almaq istəyirlər – DİN-dən xəbərdarlıq

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

Növbəti dörd il üçün planlar və bütün yeni "Apple" məhsulları açıqlandı

Şəkər və qənd istehsalı 40 faizə yaxın azalıb

"2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb

Zakir Nuriyev: “Azərbaycanda fintex strategiyası hazırlanır”

Azərbaycanda birinci rübdə internet bankçılıq üzrə əməliyyatların həcmi 59 milyard manatı ötüb

İşdən çıxarılmısınız? – Yeni qapıları açmaq üçün 4 qayda

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Broyler şirkəti səhmdarlara dividend ödəyəcək

Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Türk lirəsi ucuzlaşdı - Məzənnə

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Alimlər kosmosda həyat üçün vacib olan əsas molekulları kəşf ediblər

"OpenAI" həmtəsisçisi şirkəti tərk etdi

Cəza çəkməkdən azad edilmiş şəxslərə verilən birdəfəlik müavinət nədir

Cəza çəkməkdən azad edilmiş şəxslərə verilən birdəfəlik müavinət nədir

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB

Bakının 2 rayonunda qaz olmayacaq

Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü (VİDEO)

Fironların məqbərəsində sirli yeraltı tikili aşkar edildi

Fironların məqbərəsində sirli yeraltı tikili aşkar edildi

Ət niyə ucuzlaşmır? - Video

Dünyada ən çox uşağın aclıqdan əziyyət çəkdiyi ölkə məlum olub

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin