21.09.2023 / 11:00
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən bu deputat aparır
33113
Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri Yevlax şəhərinə gəlib.
APA xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunacaq.
Danışıqları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, millət vəkili Ramin Məmmədov aparır.
Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub. Bundan əvvəl o, Xocalıda erməni sakinlərin nümayəndələri ilə bir dəfə görüş keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay