BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
33077

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

Valyuta.az xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.

Söhbət zamanı 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edildi, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulandı. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı və Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə BP şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı və uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxundu. Dövlətimizin başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın keçdiyi çətin və tarixi sınaq dövründə ölkədə iqtisadi inkişaf yolunun əsasının qoyulmasında 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin xüsusi rolunu vurğuladı.

Ölkəmizin sosial-iqtisadi nailiyyətlərində neft-qaz sektorunun xüsusi önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və nəzərdə tutulan regional və qlobal miqyaslı layihələrdən danışdı.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun “Əsrin müqaviləsi”nin imzalandığı həmin çətin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini və beləliklə bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırladı. Şirkətin nümayəndələri ölkəmizin mürəkkəb dövründə “Əsrin müqaviləsi”nin Ümummilli Liderin qətiyyətli və məharətli siyasəti nəticəsində ərsəyə gəldiyini vurğuladılar, Azərbaycanın enerji ehtiyatlarının inkişafında bu müqavilənin rolundan bəhs etdilər.

Onlar qeyd etdilər ki, müasir dövrdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaradılan infrastruktur böyük töhfə verib və irimiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsini şərtləndirib. Vurğulandı ki, ölkəmizdə icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması və digər standartlar BP-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir və ya onlardan da üstündür. Bu da ölkəmizin neft-qaz sahəsində zəngin insan kapitalının mövcudluğu hesabına mümkün olub.

Azərbaycanın dünyanın ən qədim neft-qaz sənayesinə malik olduğunu deyən qonaqlar bu sənayenin ən müasir səviyyəyə çatdırılmasında ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığına və strateji baxışına toxundular.

Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulandı, yeni sərmayə qoyuluşu imkanları müzakirə edildi. Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırıldı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim etdi.

15.17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
 
Valyuta.az xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin