BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
25791

Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Valyuta.az xəbər verir ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Qeyd olunub ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bu gecədən başlayaraq dekabrın 21-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, havanın temperaturunun enəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

"İnşaat Konstruksiyaları" MMC məhkəmə qarşısında

Daha bir şirkət cərimələnə bilər

Rusiya Britaniya zonasında neft və qaz tapıb, indi çıxarmağa hazırlaşır - The Telegraph

İnnovasiya və Təchizat Mərkəzi 4 milyonluq dərman alır

"MAKITA BAKI" cərimələndi

Fiziklər illərlə axtardıqları sirli elementar hissəciyi kəşf etməyə yaxınlaşdılar

Keçmiş işçisi "Amrahbank"dan nə tələb edir?

Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi

Agentlik Bakıda 165 minlik tədbir keçirəcək

Nikkei: Yaponiya 2040-cı ilə qədər yaşıl enerjinin inkişafı strategiyasını hazırlayacaq

İki şirkət arasında podrat qalmaqalı

Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonun sanksiya siyasətinin faydasız olduğunu dedi

Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü (FOTO)

Tanınmış aparıcı vəzifəyə təyin olundu

ABŞ nəhayət Rusiyadan uran idxalına qadağa qoydu

Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Nasaz nəqliyyat vasitələrinin sahiblərinin NƏZƏRİNƏ: Sabahdan etibarən cərimələnə bilərsiniz

ABŞ yeni tariflərlə Çinə ticarət təzyiqini artıracaq

Mərkəzi Bank keyfiyyətsiz xidmət göstərən sığorta şirkətlərini açıqlayıb - Xalq Sığorta yenə öndə

Nazir direktoru təqaüdə göndərdi

Nazir direktoru təqaüdə göndərdi

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO

Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərində görülən işlərin vəziyyəti açıqlanıb

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

İş adamı Dövlət Gömrük Komitəsini məhkəməyə verdi

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin