
31.03.2021 / 13:59
Maliyyə aktivləri artıb, öhdəliklər azalıb
9989
Ötən il ərzində Azərbaycanın xalis maliyyə aktivləri 1 232,5 mln ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (825,3 mln. dollar), portfel investisiyaları (22,7 mln. dollar) və digər investisiyalar (384.5 mln. dollar) hesabına formalaşıb.
Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 168,3 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (55,5 mln. dollar), neft bonusu (451,6 mln. dollar), portfel investisiyaları (-259,1 mln. dollar) və digər investisiyalar (-1 416,3 mln. dollar) hesabına formalaşıb. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay