Redaktor
Devalvasiyadan sonra əhalinin gəlirləri cəmi 6 faiz artıb - SƏBƏB
2015-ci ildə baş verən iki böyük devalvasiyadan və 2020-ci ildə qeydə alınan pandemiyadan sonra ölkəmizdə bir neçə il yüksək inflyasiyanın baş verməsi əhalinin real gəlirlərinin artım sürətini xeyli zəiflədib. Ötən səkkiz il müddətində əhalinin nominal gəlirlərinin xeyli artmasına baxmayaraq, inflyasiya səviyyəsinin çox yüksək olması əhalinin real gəlirlərinin artım imkanlarını məhdudlaşdırıb.
Xatırladaq ki, 2015-ci il devalvasiyalarından sonra 2016 və 2017-ci illərdə yüksək qiymət artımı baş verdi. Daha sonra 2018, 2019 və 2020-ci illərdə inflyasiya tempi azalsa da 2021, 2022 və 2023-cü illərdə yenidən artdı.
İnflyasiyanın həddən artıq yüksəlməsi əhalinin nominal gəlirlərinin 90 faizdən çox hissəsini “yedi”.
Baş verənləri rəqəmlərdən daha aydın görmək mümkündür. 2016-cı ildə əhalinin gəlirləri 41,745 milyard manat idi. Gəlirlər 2023-cü ildə 78,05 milyard manata çatıb. Müqayisədən görünür ki, səkkiz il ərzində əhalinin nominal gəlirləri 36,305 milyard manat, yəni 87 faiz artıb.
Nominal gəlirlərdə böyük artımın olmasına baxmayaraq, inflyasiya da güclü olduğundan bu gəlirlərin xeyli hissəsi dəyərsizləşib. Belə ki, 2016-2023-cü illərdə Azərbaycanda inflyasiya 81 faizi ötüb.
İnflyasiyanın 81 faiz olması o deməkdir ki, əhalinin real gəlirləri səkkiz il ərzində cəmi 6 faiz artıb.
Bu fakt bir daha onu sübut edir ki, ölkədə yüksək inflyasiyanın olması əhalinin alıcılıq qabiliyyətinin artım imkanlarını məhdudlaşdırır, əhali daha çox pul xərcləyir və nəticədə yığım imkanları azalır. Buna görə də inflyasiyanın daha məqbul səviyyədə olması əhali üçün böyük əhəmiyyət kəsb edir. //Sfera.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən icazə almaq asanlaşdı - YENİLİK
11.11.2025Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
11.11.20252026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı
11.11.2025"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025