Türkiyə ABŞ-a robot sistemi ixrac edəcək - YENİLİK
Türkiyənin ən böyük “BAMA Teknoloji” texnologiya şirkəti ABŞ-a yeriməkdə çətinlik çəkən fiziki qüsurlu şəxlər üçün nəzərdə tutulan “RoboGait” reabilitasiya robotu ixrac etməyə hazırlaşır.
Valyuta.Az Sondakika.com-a istinadən xəbər verir ki, şirkət Türkiyə və Avropada həyata keçirdiyi uğurlu layihələrdən sonra belə bir qərar qəbul edib.
Qeyd edək ki, dünyada ənənəvi lokomotor terapevtik intensiv güc tələb edən, iki və ya üç fizio-terapevtlə həyata keçirilən bir metod mövcuddur.
“RoboGait” layihəsi isə yalnız bir istifadəçi tərəfindən tətbiq oluna bilən təsirli bir müalicə üsulu təklif edir.
Bununla da, terapevt-həkim eyni anda bir neçə xəstə ilə məşğul ola biləcək. Bununla da həkim həm vaxta qənaət etməklə işin effektivliyini artıracaq, həm də xəstələrin tez bir zamanda sağalmasını təmin edəcək.
Kamran Xəlil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay