BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
9853

Təkrar emal və “sıfır tullantı” prinsipi ilə fəaliyyət göstərən Balaxanı Sənaye Parkında daha 3 rezident qeydiyyata alınıb.

İqtisadiyyat nazirliyindən Valyuta.az-a verilən məlumata görə, kimyəvi təmizlik vasitələri və kağız məhsulları istehsalı ilə məşğul olacaq “Horeca” MMC xammal kimi kimyəvi maddələr və kağız tullantılarından istifadə edəcək. 

İl ərzində 1000 ton kimyəvi təmizlik vasitələri və 1500 ton kağız məhsullarının  istehsalını nəzərdə tutan layihənin dəyəri 2,4 mln. manatdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Digər yeni rezident “Buta Project” MMC hidroizolyasiya və dam örtükləri istehsal etməyi planlaşdırır. Dəyəri 1 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 3,2 milyon m² izolyasiya materialı istehsal ediləcək.

Polietilen tullantıların emalı nəticəsində qranul istehsalı üzrə ixtisaslaşacaq “Chameleon Group” MMC isə il ərzində 1000 ton məhsul istehsal edərək əsasən daxili bazarı təmin etməyi nəzərdə tutur. Layihənin ümumi dəyəri 250 min manatdır.

Qeyd edək ki, 10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-si artıq fəaliyyət göstərir və 780-ə yaxın daimi iş yeri yaradılıb. Parkın əsas məqsədi kiçik və orta sahibkarlara münbit biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin