BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9763

Rusiya günəbaxan toxumu ilə yanaşı günəbaxan yağının ixracına da yeni vergi dərəcəsi tətbiq edəcək. Şimal qonşumuz günəbaxan toxumunun ixracına tətbiq etdiyi vergi dərəcəsini 2021-ci ildən artırıb. Dəyişikliyə əsasən, günəbaxan toxumunun ixracına tətbiq edilən vergi dərəcəsi 6,5 faizdən 30 faizə qaldırılıb. Bu, bir ton məhsul üzrə 190-200 dollar vergi deməkdir. Yeni vergi dərəcəsi yanvarın 9-dan iyun ayının sonuna qədər qüvvədədir.

Hökumət günəbaxan toxumunun ixracına tətbiq etdiyi yeni vergi dərəcəsinin müddətini uzadacaq. Rusiya günəbaxan toxumu ilə bərabər günəbaxan yağının ixracına da yüksək vergi dərəcəsi tətbiq etməyi planlaşdırır.

Bloomberg saytı xəbər verir ki, bu haqda məlumatı Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov açıqlayıb. Nazir günəbaxan toxumunun ixracına tətbiq edilən yüksək verginin davam etdirilməsi zərurətini bazara çıxarılan məhsulun miqdarının az olması ilə əlaqələndirib. O qeyd edib ki, yüksək vergi tətbiq etməklə ixraca yönəldilən günəbaxan toxumunun miqdarını azaltmağı hədəfləyirlər.

Reşetnikov 2021-ci ilin sentyabrın 1-dən günəbaxan yağının ixracına da yüksək vergi tətbiq etməyi planlaşdırdıqlarını deyib. Rusiyalı nazir söyləyib ki, vergidən əldə olunacaq əlavə vəsait kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirinin artırılmasına dəstək üçün istifadə ediləcək.

Nazir günəbaxan yağı vergisinin dərəcəsinin yayda toplanacaq məhsulun miqdarında asılı olacağını da vurğulayıb.

Rusiyanın günəbaxan toxumuna və yağının ixracına yüksək vergi tətbiq etməsi Azərbaycanda oxşar məhsulların qiymətlərinə təsir göstərəcək. Çünki Azərbaycanın idxal etdiyi günəbaxan toxumu və yağının çox hissəsi Rusiyadan alınır. 2020-ci ilin statistikasına əsasən, xam günəbaxan yağı və onun fraksiyalarının idxalının dəyəri 43,74 milyon dollar, miqdarı 52 min tona yaxın olub. İdxal edilən yağın 42,64 milyon dollarlıq (51,06 min ton) hissəsi Rusiyadan alınıb.

Yağdan başqa günəbaxan yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıların da çox hissəsi Rusiyadan gətirilib. Ötən il bu mal qrupu üzrə 6,246 milyon dollar dəyərində 29941 ton idxal həyata keçirilib ki, bunun da 6,2 milyon dollarlıq hissəsi (27792 tonu) Rusiyanın payına düşüb.

Azərbaycan ötən il 8,52 milyon dollar dəyərində 9,8 min ton günəbaxan toxumu da alıb. Toxumun 7840 tonu və ya 5,12 milyon dollarlıq hissəsi Rusiyadan idxal edilib. //Sfera

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin