BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9761

2021-ci ilin ilk 2 ayının nəticələrinə əsasən Azərbaycanın qeyri-neft mallarının ixracında ciddi artım müşahidə edilir. 

Gömrük məlumatlarına əsasən, bu ilin yanvar-fevralında qeyri-neft ixracının dəyəri 331,28 milyon dollar olmaqla 2020-ci ilin eyni dövründən 35,48 milyon dollar (12 faiz), 2019-cu ilin eyni dövründən 49,7 milyon dollar (17,65 faiz) çox olub. Qeyri-neft mallarının ixrac dəyəri 2019-cu ilin ilk 2 ayında 281,58 milyon dollar, 2020-ci ilin ilk 2 ayında 295,8 milyon dollar idi. 

Azərbaycan indiyə qədər qeyri-neft mallarının ixracında ən yüksək göstəriciyə 2019-cu ildə nail olub. Həmin ildə ixracın illik dəyəri 1,954 milyard dollar təşkil etmişdi. 2020-ci ildə qeyri-neft mallarının ixracında yeni rekord göstəricinin əldə ediləcəyi gözlənilirdi. İlk ayların nəticələri bu gözləntini gücləndirmişdi. Lakin 2020-ci ilin martından dünyada COVID-19 pandemiyasının yayılması xarici ticarət əlaqələrinə mənfi təsir göstərdi və nəticədə qeyri-neft mallarının ixrac həcmi azaldı. İlin əvvəlində mövcud olan əlverişli şəraitin sonrakı aylarda qeyri-münasib şəraitlə əvəzlənməsi nəticəsində qeyri-neft mallarının ixrac dəyəri artmadı, əksinə bir qədər azaldı. Ötən ilin yekununda qeyri-neft mallarının ixracı 1,851 milyard dollara düşdü. 

2021-ci ildə pandemiyanın davam etməsinə baxmayaraq xarici iqtisadi əlaqələrin intensivliyinin artması, iqtisadi fəallığın yüksəlməsi, eyni zamanda ümumi qiymət səviyyəsinin artması qeyri-neft məhsullarının ixrac həcminə müsbət təsir göstərir. Digər tərəfdən yeni müəssisələrin işə düşməsi, Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması istiqamətində atılan addımlar və sair amillər də qeyri-neft mallarının ixracının artımını dəstəkləyib.   

Gözləmək olar ki, ilin yekununda qeyri-neft mallarının ixrac həcmi bir qədər də artaraq 2 milyard dolları keçəcək. Bu proqnoz özünü doğruldarsa, Azərbaycan qeyri-neft mallarının ixracında yeni rekorda nail olacaq. 

Yeni rekordun əldə edilməsi üçün aylıq ixrac həcminin 170 milyon dollardan aşağı düşməməsi lazımdır. 2021-ci ilin yanvarında ixracın həcmi 146 milyon dollar, fevralda 185,28 milyon dollar olub. 
Qeyri-neft malları arasında ixracı daha çox artan plastmas və ondan hazırlanan məmulatlardır. Ötən ilin yanvar-fevralında bu mal qrupu üzrə ixrac 29,93 milyon dollar olduğu halda bu ilin eyni dövründə 51,3 milyon dollar təşkil edib. Plastmas və ondan hazırlanan məmulatlar ixracı dəyər ifadəsində 21,37 milyon dollar artıb. 

Alüminium ixracında ciddi artıma nail olunub. Bir il əvvəlki dövrlə müqayisədə ixrac 12,2 milyon dollar artaraq 27,73 milyon dollara yüksəlib. 

Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50 faizdən çox artıb. Ötən ilin ilk 2 ayında 8,3 milyon dollar olan qara matel ixracı bu ilin yanvar-fevralında 14,64 milyon dolları keçib. İxracda artım 6,34 milyon dollar təşkil edib. 

Pambıq ixracında da nəzərəçarpacaq artım var. Ötən ilin müqayisə edilən dövründə 36,6 milyon dollarlıq pambıq ixrac edildiyi halda bu il 44 milyon dollardan artıq ixrac həyata keçirilib. Fərq təxminən 7,6 milyon dollar olub.
Şəkər ixracında müsbət dinamika var, təxminən 2,8 milyon dollar artım əldə edilib. 

Əgər bütün il boyu ixracda artım dinamikası qorunarsa, Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac göstəriciləri xeyli yaxşılaşacaq. 

//Sfera.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin