Xəbər
26.03.2021 / 14:19
Energetika Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər olacaq
9726
Martın 30-da, saat 11:00-dan 13:00-a qədər Energetika Nazirliyi yanında İctimai Şuranın boş qalan yerləri üçün təkrar seçkilər keçiriləcək.
Valyuta.Az nazirliyə istinadən xəbər verir ki, bununla bağlı nazirlikdaxili Seçki Komissiyası martın 19-da qərar qəbul edib.
Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən qeyd olunan tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evinin 5-ci qapısına yaxınlaşmaları və karantin rejiminin tələblərinə ciddi riayət etmələri xahiş olunur.
Xatırladaq ki, martın 18-də baş tutmuş ilk seçkilərdə cəmi 1 nəfər yetərli səs toplayaraq İctimai Şuraya üzv seçilib. Şura üzvlərinin say həddi isə 7 nəfərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay