Xəbər
24.03.2021 / 15:57
Regionlarda tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərəcək
9663
Bakı şəhərində illik 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantı yandırma gücünə malik olan Bakı bərk məişət tullantılarının yandırılması zavodunda elektrik enerjisi istehsal edilir və ümumi elektrik şəbəkəsinə ötürülür.
Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Eyni zamanda, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda bərk məişət tullantıları çeşidlənir və əldə olunan xammal təkrar istehsala yönəldilir.
Balaxanı Sənaye Parkında tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərir. Hazırda,sözügedən təcrübənin respublikanın digər şəhər və rayonlarında da tətbiq edilməsi istiqamətində müvafiq işlər aparılır.
//Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay