BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
9653

Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bununla yanaşı, fərdi qaydada vətəndaşların öz sifarişləri ilə də qazlaşdırma işləri aparılır. Küçə xətti mövcud olduqda ilk növbədə vətəndaş ərizə və mülkiyyəti təsdiq edən sənədlə bu sahəyə xüsusi icazəsi, lisenziyası olan podratçı təşkilata müraciət etməlidir.

Müraciət etdikdən sonra podratçı təşkilatın sorğusu əsasında “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib olunur. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır.

Vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur. Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. 

Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Texniki şərtləri əldə etdikdən sonra vətəndaş yenə də müraciət edir bu sahədə xüsusi icazəsi olan podratçı təşkilata. Podratçı təşkilat tərəfindən küçə xəttinin layihəsi hazırlanır, vətəndaşların öz sifarişləri və öz vəsaitləri hesabına küçə xətləri çəkilir, müvafiq qaydada istismara qəbul olunur. Həmin küçə xəttinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın verilməsi təmin olunur, sonra isə yenə də vətəndaşlar fərdi qaydada podratçı təşkilata müraciət etməklə fərdi qazlaşma işlərini həyata keçirir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, fərdi qazlaşma ilə bağlı hər hansı bir dövlət rüsumu yoxdur. “Azəriqaz” İB tərəfindən hər hansı bir ödəniş tələb olunmur və vətəndaşlara da müraciət edirik ki, bu hallarda diqqətli olsunlar, kimsə “Azəriqaz” İB-nin adından hansısa formada sui-istifadə edə bilər. Yenə də qeyd edirik ki, hansısa bir vəsait tələb olunmur. İşlərin görülməsi, işlərin qiyməti yalnız müstəqil sahibkarlıq subyekti olan podratçı təşkilat arasında olan müqavilə ilə tənzimlənir. Bu qayda ilə ötən illərdə - 2020 və ondan qabaqki illərdə orta hesabla ölkə ərazisində 30-35 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb.

Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Həmin podratçı təşkilatlarla danışıqlar apararaq görüləcək işlərin qiymətini təyin edirlər. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərində hansısa ödənişin olması nəzərdə tutulmur. Yalnız podratçı təşkilatla müqavilə şərtlərinə uyğun olaraq qiymətlər müəyyən olunur və həmin o ödənişlər podratçı təşkilatın bank hesabına ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin