Aqrar
22.03.2021 / 21:17
Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
9499
Bu ilin yanvar-fevral ayında 16,68 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
Naxçıvan Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni göstəricisi ilə müqayisədə 4,4% çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 3861 ton, süd istehsalı 5316 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5%, süd istehsalı isə 1,7% artıb.
Ümumilikdə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay