BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
9468

Azərbaycanda fəaliyyət göstərən 26 bank arasında 9 bankın natamam hesabatına görə bankların biznes kreditlərinin həcmini hesablamaq mümkün olmayıb. Bunlar “Azərbaycan Sənaye Bankı”, “Bank BTB”, “Xalq Bank”, “Bank Melli İran”, “Naxçıvan”, “Paskistan Milli Bankı”, “Pasha Bank” “Yelo Bank” və “Ziraat Bank”dır.

Valyuta.Az xəbər verir ki, 2020-ci ilin sonuna olan məlumatlara görə, ən çox biznes kreditlərini “Azərbaycan Beynəlxalq Bankı” verib. Dövlət bankının biznesmenlərə 1 milyard 323 milyon 360 min manatlıq kredit verməsi onu liderlik kürsüsünə əyləşdirə bilib. 582 milyon 77 min manatlıq biznes krediti ilə “Kapital Bank” ikinci, 539 milyon 499 min manatla isə “Premium Bank” üçüncü sırada qərarlaşıb.

Korporativ banklar arasında ən az biznes kreditini isə “Azər Türk Bank” verib. Dövlət bankının biznes kreditləri 2020-ci ilin sonunda 38 milyon 833 min manat təşkil edib. Onu 64 milyon 17 min manatla “Bank Avrasiya”, 96 milyon 280 min manatla isə “Yapı Kredi Bank” (Azərbaycan) izləyir.

Ən çox biznes kreditini verən retail bank isə 442 milyon 385 min manatla “Access Bank” olub. Siyahının ikinci sıranı 332 milyon 832 min manatla “Bank Respublika”, üçüncü sıranı isə 243 milyon 16 min manatlıq biznes krediti ilə “Rabitə Bank”  tuta bilib.

Ən az biznes kreditinə sahib retail bank isə “Express Bank” olub. O, daha çox istehlak kreditlərinə üstünlük verdiyi üçün bankın biznes kreditlərinin həcmi hər ötən il azalır.

 

Bankın Adı

İstehlak kreditləri

Access Bank

442,385

AFB Bank

 

113,440

Azərbaycan Beynəlxalq Bankı

1.323,360

Azərbaycan Sənaye Bankı

-

Azər Türk Bank

38,833

Bank Avrasiya

64,017

Bank of Baku

94,940

Bank BTB

-

Bank Respublika

332,832

Bank VTB (Azərbaycan)

82,371

Express Bank

65,447

Günay Bank

126,227

Xalq Bank

-

Kapital Bank

582,077

Melli İran Bankı (Bakı filialı)

-

Muğan Bank

203,202

Naxçıvan Bank

-

Pakistan Bankı

-

Pasha Bank

-

Premium Bank

539,499

Rabitə Bank

243,016

Turan Bank

240,377

Uni Bank

200,587

Yapı Kredi Bank (Azərbaycan)

96,280

Yelo Bank

-

Ziraat Bank (Azərbaycan)

-

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin