BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9310

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb.

Yanvar ayının 21-də keçirilməsi nəzərdə tutulan hazırlıq iclası baş tutmayıb. Fevral ayının 19-da isə hazırlıq iclası keçirilib. Bu gün – 17 mart tarixində saat 14:00-da Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə baxışı baş tutacaq.

Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur. Elmar Səidov “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir. 

“Fireland Vineyards” MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.

Məlumat üçün bildirək ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.

Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.

Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Məlumat üçün qeyd edək ki, “Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin “Fireland Vineyards” MMC-nin  xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.

Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti  Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var. //Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin