BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
9251

Prezidentin ötən ilin sonunda imzaladığı “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərmanı” 2021-ci il yanvarın 1-dən qüvvəyə minib.

Fərmanın 1-ci bəndinə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.

Bəs bu hüququ yaranan elmi dərəcəsi olan, heç bir yerdə işləməyən əmək pensiyası hüququ olan şəxs Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq üçün hara müraciət etməlidir? 

Dövlət Sosial Müdafiə Fondundan Valyuta.az-a bildirilib ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib.
Təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

Hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:

Şəxsiyyət vəsiqəsinin surəti;
Əmək kitabçasının surəti;
Elmi dərəcəsini təsdiq edən sənədin surəti.

Fərmana əsasən, həmin təqaüd 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 

Zeynəb Vəkil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin