BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9244

"Kənd təsərrüfatı məhsullarında olan artımın səbəbi istehsaldakı azalmadır”.

Valyuta.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ərzaq məhsullarının qiymətlərində olan artımın səbəblərindən danışarkən deyib. O, əvvəlki ilə nisbətən əhalinin alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü qeyd edib:

"Keçən il Kənd Təsərrüfatı Nazirliyi meyvə və tərəvəz istehsalında artım göstərib. Bu artım özünü nədə göstərməli idi? İndiki halda məhsulun qiymətinin ucuzlaşmasında. Keçən il artım vardısa, məhsullar anbarlara yığılmalı və hissə-hissə bazarlara çıxarılmalı idi. Əgər təklif çoxalıbsa, nisbətən ucuz qiymətə satış həyata keçirilməli idi. Bu niyə baş vermir? Ona görə ki, istehsal azalıb. Soğan Azərbaycana Rusiya və Qazaxstandan gətirilir, kartof İran və digər ölkələrdən. Hətta kök də xarici ölkələrdən gətirilir. Bütün qiymət artımlarının arxasında aşağıdakı səbəblər dayanır.

Birincisi, istehsal azalıb, ikincisi, əhalinin alıcılıq qabiliyyəti azaldıqca sahibkarlar, ticarətlə məşğul olanlar öz gəlir və itkilərini kompensassiya etmək üçün qiymətləri bahalaşdırmağa çalışırlar”.

Ekspert onu da əlavə edib ki, ərzaq və kənd təsərrüfatı məhsullarının daşınma xərci də artıb:

"Dizel yanacağının qiyməti 33% artıb. Bu gün ərzaq məhsulları əsasən dizel yanacağının istifadə edildiyi yük maşınları ilə daşınır. Bundan başqa, bir tərəfdən də suyun qiyməti qaldırılıb. Bu da məhsulların xərcini artırıb. Bəs bu itkilər haradan kompensasiya edilməlidir? Bizneslərindən. Bütün bunların hamısı ümumi qiymətə təsir edən amillərdir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma olduğunu açıqlayıb.

Komitə bildirib ki, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoqurt, xama, kəsmik, pendir, yumurta, kərə və bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, şokolad məmulatları, çay, kola içkisi, meyvə şirəsi və arağın qiymətində artım baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin