BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
9138

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə işğaldan azad olunan Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi məqsədilə əraziyə baxış keçirib, vizual müşahidələrə əsasən bitki örtüyü təhlil edilməklə bölgənin monitorinqini aparıb.

AMEA-dan Valyuta.az-a daxil olan məlumatda bildirilir ki, Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı böyükdür. Qarabağın təbii sərvətləri, xüsusən bitki ehtiyatları ermənilər tərəfindən amansızcasına talan edilib. 30 il ərzində işğal altında qalan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talan edilən meşələrimizdir.

Çinar meşəsinin bir hissəsində ağaclar qırılıb məhv edilib. Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət  Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir. Ümumi sahəsi 107 hektar olan qoruq ermənilər tərəfindən talan edilməklə, əhatəsindəki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi yaranıb. Qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranılıb, mebel istehsal edilib və çox hissəsi isə xarici ölkələrə satılıb. Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütövlükdə ekologiyaya vurduğu terror zərəridir.

Araşdırmalar zamanı  burada yayılmış Şərq çinarı, giləmeyvə, qaraçöhrə, ayı fındığı, Araz palıdı, yalan qoz, dağdağan, saqqızağacı kimi relikt növlərlə yanaşı, adi nar, meşə üzümü, Buase armudu, pirkal, şümşə, Eldar şamı, adi xurma, söyüdyarpaq armud kimi nadir növlər, çox güman mənfur ermənilərin iyrənc əməlləri nəticəsində məhv olmaq təhlükəsində olduğu müəyyənləşdirilib.

Bəsitçay vadisindəki çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir. Lakin azğınlaşmış düşmənin törətdiyi vəhşilik ərazidə pasportlaşdırılmış Şərq çinarlarını məhv edilmə təhlükəsi ilə üz-üzə qoyub.

Monitorinq nəticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsi (Carpinus caucasica), ardıcın 2 növünə - ağıriyli ardıc (J.foetidissima), alçaqboylu ardıc (Juniperus depressa Stev.) və kütyarpaq saqqızağacına (Pistacia mutica), qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. rast gəlinib.

Ərazidə iqlim dəişkənliyi və antropogen amillər bitki örtüyünun qismən dəyişməsinə səbəb olub. Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq qrupunun gəldiyi ümumi nəticəyə görə, burada Şərq çinarı ağacları kəsilib, qırılan ağacların köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib ki, bu da qoruğun dağıdılmasına səbəb olub. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin