BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8905

Bu ilin yanvarından muzdlu işçilərin əməkhaqqından tutulmaların sayı və həcmi artıb. Fevralda isə bəzi kommunal xidmətlərin tariflərinin artırılması vətəndaşların aylıq gəlirlərinin azalmasına səbəb olub. Belə şəraitdən az zərərlə çıxmaq üçün nə etmək olar?

Valyuta.Az-ın sualına hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirib. Bildirib ki, hazırda qüvvədə olan  qanunvericilik yığım sığortası vasitəsilə işçinin əməkhaqqından tutulmaların bir hissəsinin azaldılmasına köməklik göstərir: 

“Qanunvericiliyə görə, işçi əmək haqqından gəlir vergisinə və sosial sığortaya yönəldilən hissənin 50%-dək məbləğini həyatın yığım sığortasına yönəldə bilər. Müqavilə müddətindən asılı olaraq sığorta şirkətində toplanan vəsait sonradan vətəndaşa geri qaytarılır. Vəsaitin qaytarılma müddəti 3 ildən çox olduqda həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin işçinin vergiyə cəlb olunan gəlirlərinin 50%-dən çox olmayan hissəsindən sığorta şirkətlərinə ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. Əgər həmin müddət 3 ildən az olarsa, toplanan vəsait geri götürülərkən vergiyə cəlb olunur”. 

Hüquqşünas əlavə edib ki, yığım sığortasına cəlb olunan vəsaitlərlə bağlı müqavilə  3 ildən artıq müddətə bağlanarsa, vaxt başa çatdıqda sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından da azad edilib.

Tutaq ki, dövlət sektoru və neft sahəsində çalışan fiziki şəxsə ümumilikdə 3000 manat əməkhaqqı hesablanıb. Bu işçi vergiyə cəlb olunan gəlirinin 50 faizi həcmində həyatın yığım siğortası üzrə siğortalandığı halda müəssisə tərəfindən 1500 manat (3000x50%) sığorta haqqı olaraq sığorta şirkətinə köçürülür. Digər 1500 manat məbləğdən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı çıxıldıqdan sonra qalan məbləğ isə işçinin əməkhaqqı hesabına ödənilir. 

Göründüyü kimi, işçi əməkhaqqının bir hissəsini yığım sığortasına yönəldərək maaşından tutulan vergi və sosial sığorta haqlarının məbləğinin azalmasına nail ola bilər. Digər tərəfdən, topladığı vəsaiti pensiya vaxtı və ya müəyyən müddət sonra tam şəkildə geri götürüb istifadə edə bilər. 

Onu da qeyd edək ki, hazırda Azərbaycanda 5 həyat sığorta şirkəti fəaliyyət göstərir. Şirkətləri seçmək isə sərbəstdir. Ona görə də vəsaitlərini yığım sığortasına yönəltmək istəyən vətəndaşlar sığortaçı seçimində geniş imkanlara malikdirlər. Ancaq bu zaman toplanan vəsaitlə bağlı təklifləri və vəsaitin toplanması dövründə zərurətləri nəzərə almaq məqsədəuyğundur.

Zeynəb Vəkil
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin