BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
8756

Cari ilin yanvar ayına qədər ölkə daxilində plastik kartlar vasitəsi ilə nağd pulun çıxarılmasında artım müşahidə olunub.

Valyuta.Az xəbər verir ki, 2021-ci ilin yanvar ayına olan göstəricilərə görə, ATM-lər vasitəsi ilə pulların nağdlaşdırılması əməliyyatı ötən ilin analoji dövrü ilə müqayisədə 65 min ədəd və ya 1% artaraq 6 milyon ədəddən çox olub. Belə ki, ötən il bu rəqəm 5 mln. 942 min ədəd olub. 

Cari ildə ATM-lər vasitəsi ilə 1 mln. 456 min manat həcmində vəsait nağd şəkildə çıxarılıb ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 190 min manat və ya 15% artım deməkdir. Halbuki, bu rəqəm ötən il 1 mln. 266 min manat vəsait təşkil edib.

Cari ilin yanvar ayında vəsaitin POS-terminal vasitəsi ilə çıxırılması əməliyyatında isə azalma müşahidə olunub. Belə ki, əgər ötən ilin müvafiq dövründə aparılan əməliyyatın sayı 16 min ədəd olmuşdusa, cari ildə bu rəqəm 6.25% azalaraq 15 min ədəd olub. Bununla belə, nağdlaşdırılan vəsaitin həcmində artım müşahidə olunub. Yəni, ötən il aparılan əməliyyatlar zamanı 65 milyon manat çıxarılmışdısa, bu rəqəm cari ildə 12.3% artaraq 73 milyon manat olub. 

Bu ilin yanvar ayına olan hesabata görə, ölkədə ümumilikdə 1 mln. 529 min manat pul vəsaiti nağdlaşdırılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə  198 min manat və ya 14.9% çoxdur. 

Qeyd edək ki, ödəniş kartlarının ümumi sayında dəyişiklik statistik vahidlərin ödəniş kartları ilə bağlı məlumatların yenidən təsnifatlaşdırılması ilə bağlıdır.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin