Hansı bankların xalis mənfəəti azalıb? – SİYAHI
2020-ci ilin son rübünün analizlərinə əsasən, Azərbaycanda fəaliyyət göstərən 18 bankın xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.
Valyuta.az-ın araşdırmasına görə, ən çox geriləmə “Günaybank”da qeydə alınıb. Ötən ilin sonuna bankın mənfəəti 2019-cu ilin IV rübünə nisbətən 5,3 dəfə azalıb.
Rabitəbank-da isə azalma 5,1 dəfə olub. Mənfəətinin azalma həcminə görə üçüncü yerdə Bank Avrasiya qərarlaşıb – 4,4 dəfə azalma.
Ölkənin ən böyük dövlət bankının xalis mənfəətində də azalma qeydə alınıb. Bankın mənfəəti 2,3 dəfə geriləyib.
Ən az mənfəət azalması isə AFB Bank-da qeydə alınıb – 13 %.
“Yelo Bank” və “BTB Bank” isə 2019-cu ildəki mənfəətlərini itirərək 2020-ci ili zərərlə başa vurub.
Pakistan Milli Bankının Azırbaycan filialının məlumatlarını əldə etmək mümkün olmayıb.
Banklar |
Mənfəət (zərər) 31.12.2020 (min manat) |
Mənfəət (zərər) 31.12.2019 (min manat) |
Fərq |
AFB bank |
5.388,89 |
6.243,89 |
13% |
Azərbaycan Sənaye Bankı |
5.184,42 |
7.688,71 |
33% |
Azərbaycan Beynəlxalq Bankı |
129.391,15 |
302.316,02
|
2,3 dəfə |
Azər Türk bank |
423 |
603 |
1,4 dəfə |
Premium Bank |
3 964 |
8 868 |
2,2 dəfə |
Bank Avrasiya |
1.226,08 |
5.356,77 |
4,4 dəfə |
Bank of Baku |
12.672,99 |
24.570,67 |
1,9 dəfə |
Respublika Bank |
6.021,47 |
20.423,43 |
3,4 dəfə |
BTB bank |
-9.130
|
7.523 |
2,2 dəfə |
Xalq Bank |
25.774,77 |
33.446,97 |
23% |
Günay Bank |
408,03 |
2.173,82 |
5,3 dəfə |
VTB Bank |
3.860,05 |
4.755,25 |
19% |
Rabitəbank |
2.180 |
11.119 |
5,1 dəfə |
Unibank |
11.021 |
23.965 |
2,2 dəfə |
Yelo Bank |
-39.741 |
68.740 |
1,7 dəfə |
Yapı Kredi Bank |
1,373.42 |
3,976.77 |
2,9 dəfə |
Ziraat Bank |
2.111,43 |
3.143,19 |
33% |
Expressbank |
6,829 |
19,120 |
2,8 dəfə |
Zeynəb Vəkil
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay