BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
8641

Gömrük Komitəsinin təklifi qəbul ediləcəyi təqdirdə ölkəmizdə olan istehsal tarixi 5 ildən artıq olan avtomobillərin dəyəri yüksələcək.

Martın 4-də Gömrük Komitəsində keçirilən mətbuat konfransında komitə sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.

S.Mehdiyev söyləyib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməsidir. Komitə sədrinin sözlərinə görə burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun.

Bu təkliflərin qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?

Gömrük komitəsinin sədrinin bildirdiyi kimi istehsal tarixindən 5 ildən çox keçən avtomobillərin idxalı qadağan edilərsə və ya onların idxalına tətbiq edilən rüsum və vergilər kəskin şəkildə artırılarsa, Azərbaycanda olan köhnə avtomobillərin dəyərində 15-20 faiz artım baş verəcək. Çünki avtomobil sahibi olmaq istəyənlərin imkanları orta hesabla 18-20 min manatlıq avtomobillərin alınmasına çatır. Bu imkanla xaricdən daha çox 2005-2012-ci ilə qədər olan avtomobilləri idxal etmək mümkündür. İstehsal tarixi 5 il və daha yeni olan, orta keyfiyyətli avtomobilləri idxal etmək üçün ən azı 30 min manat tələb olunur. Deməli, təklif edilən qaydalar qüvvəyə minərsə, idxal edilən avtomobillərin sayı kəskin azalacaq və avtomobil sahibi olmaq istəyənlərin çoxu daxili bazara yönələcək.

Daxili bazarda olan avtomobillərin böyük hissəsi köhnə avtomobillərdir. Minik avtomobillərinin təxminən 80 faizinin istehsal tarixi 10 ildən artıqdır. 2014-cü ildə bu göstərici 62 faiz idi. Altı il ərzində onların xüsusi çəkisi 18 faiz bəndi artıb. Belə davam edərsə, 2025-ci ildə istehsalından 10 il keçən avtomobillərin payı 90 faizə çatacaq.

İstehsal tarixi 5 il və daha az olan avtomobillərin payı isə 4,2 faizdir. 2014-cü ildə onların payı 17 faiz idi.

Dinamika göstərir ki, Azərbaycanın avtomobil parkının köhnəlməsi sürətlə gedir və xaricdən əsasən köhnə avtomobillər gətirilir.

Ölkəmizə idxal edilən avtomobillərə istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilməsi təcrübəsindən ilk dəfə 2014-cü ildə istifadə olunub. Həmin qərara əsasən istehsal tarixi 2005-ci ildən qabaq olan avtomobillər idxal edilə bilməz. Bu qərar qəbul ediləndə ölkəmizə idxal edilən avtomobillərdən ən köhnələri 9 ilin avtomobilləri idi. Hazırda isə ən köhnə avtomobillər 16 ilin avtomobilləridir.

Onu da əlavə edək ki, bu təklifin ortaya atılmasını zəruri edən əsas səbəb heç də ekoloji amillər deyil. Əsas səbəb xarici ticarət saldosunun kiçilməsi fonunda avtomobillərin idxalına çəkilən xərcin ildən-ilə artmasıdır. Avtomobil idxalına 2016-cı ildə 252 milyon dollar, 2017-ci ildə 422 milyon dollar xərcləndiyi halda, 2020-ci ildə 648 milyon dollar xərclənib. Bu dinamika avtomobil idxalına ildən-ilə daha çox vəsaitin xərcləndiyini göstərir.

Hökumətin bu təklifində əsas məqsədi xaricə valyuta axınının zəiflədilməsidir. Əgər artan dinamikanın qarşısı alınmasa, avtomobil idxalına çəkilən xərc 2012-2013-cü illərdə olduğu kimi 1 milyard dollar səviyyəsinə yüksələcək.

Həmin illərdə Azərbaycanın xarici ticarətində 12-14 milyard dollar profisit olduğundan bu qədər valyutanın xaricə çıxması ciddi problem sayılmırdı. Amma xarici ticarətdə profisit 2019-cu ildə 5,9 milyard dollar, 2020-ci ildə 3 milyard dollar olduğundan avtmobil idxalına bu qədər valyutanın xərclənməsinə seyrçi qalmaq düzgün deyil.

//Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin