BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8580

"Azərbaycanda vergi və gömrük ödənişlərinin kredit kartları vasitəsi ilə ödənilməsi təcrübəsi tətbiq olunmur. Bu da bəzi kritik məqamlarda sahibkarların işini ləngidir". 

Valyuta.az xəbər verir ki, məsələnin çevik həll olunması üçün iqtisadçı Fərhad Hüseynli tətkliflərini səsləndirib. 

Mütəxəssis, sahibkarlara korparativ kredit kartlarının verilməsini məqbul sayıb: “Bəzən olur ki, sahibkarın qısa vaxtda gömrüyə və ya vergiyə ödəniş etməsi, gömrük əməliyyatını, gömrük rüsumunu, ƏDV-ni ödəmək və s. əməliyyatları həyata keçirmək üçün ekspress kreditə, pul vəsaitinə ehtiyacı yaranır. Lakin sahibkarın yetərli vəsaiti olmadığı halda fəaliyyətində ləngimələr, axsamalar qaçılmaz olur. Bununla əlaqədar olaraq, sahibkarlar üçün mövcud kredit xətlərinin açılması, banklar tərəfindən biznes analizlər edilməsi şərti ilə uyğun olan şəxslərə korporativ kredit kartlarının verilməsi mümkündür. Bu, həm sahibkarlar, həm də banklar üçün effektli mexanizm olar”.

F. Hüseynli hesab edir ki, qısa müddət ərzində - 30-40 günlük kreditdən istifadənin faizsiz olması şərti ilə, yaxud da uzunmüddətli aşağı faizli kredit limitlərinin təklif edilməsi, ödənişlərin isə taksitlə (hissə-hissə) geri qaytarılması sahibkarlar üçün əlverişli alətə çevrilə bilər.  

İqtisadçı, borclu vergi ödəyicilərinin bank hesablarına qoyulan sərəncamların daha tez götürülməsi üçün qanunvericilikdə dəyişiklik edilməsini təklif edib. Bunun üçün borcun hissə-hissə ödənilməsinin tətbiq olunmasını vacib sayıb:  “Qanunvericilikdə dəyişiklik etməklə borclu vergi ödəyicilərinin borclarının rəsmi müraciət əsasında vergi orqanı qarşısında rəsmi öhdəliklər götürmək şərti ilə borcun strukturunu yenidən müəyyənləşdirmək olar. Ödənişlərin hissə-hissə ödənilməsinə qaydalar çərçivəsində razılıq aldıqdan sonra, hətta hesablanmış faizlərin 80-90 faizinin silinməsi yolu ilə sahibkarın bank hesabına qoyulan sərəncamların aradan qaldırılmasıyla sahibkarlara ciddi dəstək verilmiş olar”. 

Qeyd edək ki, banklar sahibkarlıq subyektlərində əməliyyatlar üzrə hesabatlılığının, şəffaflığının az olmasını, "qara mühasibatlıq"la əlaqədar narazılıqları olduğunu tez-tez səsləndirirlər. Son dövrlər isə rəsmiləşdirilən əməliyyatların artdığını, vergi ödəyicilərinin əməliyyatlarının başlanğıcı, gedişatı və sonunun izlənmə imkanının olduğunu müşahidə etmək mümkündür. Bu baxımdan F.Hüseynli  "ağ mühasibatlığa" keçid şəraitində bankların da bu məsələlərdə daha maraqlı olacağı qənaətindədir. 

Zeynəb Vəkil 
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin