BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
8328

Martın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, uğurlu əməkdaşlıq nəticəsində indiyədək BMT ilə Azərbaycan arasında 4 Çərçivə Sənədi icra edilib. Sənədlərin davamı olaraq, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması ilə bağlı qərar qəbul edilib və Sənədin əsas prioritet istiqamətləri müəyyən olunub. Çərçivə Sənədi DİM-lərə tam uyğun olmaqla, heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanır və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün ərazisində inklüziv olmaqla sosial-iqtisadi inkişaf prioritetlərini əhatə edəcəkdir.

İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini qeyd edib. Vurğulanıb ki, Çərçivə Sənədinin icrası ölkəmizdə DİM-lərin icrasına, aparılan islahatlara və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə, insan kapitalının inkişafına töhfə verəcəkdir. Nazir işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın reallaşdırılmasında BMT-nin ixtisaslaşmış qurumları ilə  əməkdaşlığın önəmli olduğunu, artıq bu istiqamətdə müvafiq addımların atıldığını diqqətə çatdırıb.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai Çərçivə Sənədinin əsas məqsədinin iqtisadiyyatın transformasiyası, əhalinin həssas təbəqələrinin ehtiyaclarının qarşılanmasında, COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması və münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək göstərilməsi olduğunu qeyd edib, Sənədin DİM-lərin icrasının sürətləndirilməsində rolunu vurğulayıb.

İmzalanmadan sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin rezident əlaqələndiricisi arasında görüş keçirilib, BMT-nin ixtisaslaşmış qurumları ilə  əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin