BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
8287

Əmlak Məsələləri Dövlət Xidməti matrın 30-da növbəti hərrac barədə elan verib.

Valyuta.az xəbər verir ki, həmin gün Azərbaycanda fəaliyyət göstərən nazirliklərin, Baş Prokurorluğun, icra hakimiyyətinin balansında olan 36 nəqliyyat vasitəsinin satışa çıxarılması planlaşdırılıb. Onlardan 22-si Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlara aiddir. 

Nəqliyyat vasitələrindən ən ucuzunun ilkin satış qiyməti 400 manatdır. “Motosklet SC150ZH” markalı nəqliyyat vasitəsi 2011-ci ildə istehsal edilib. 2014-cü ilə aid olan “Motoroller” və “Motosikl SHANYANQ ZL150ZH”ı isə 500 manata almaq olar. 

Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan  traktorlar, yük maşınları, ekskavator, lafet və digər nəqliyyat vasitələri də yer alıb. Onların ən ucuzunun ilkin hərrac qiyməti 1100 manatdan başlayır. Digərlərinin qiymətləri 2000-4500 manat arasında dəyişir. Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsus olan “Mercedes S350” markalı maşın 6 000 manat, “Nissan Maxima” isə 4 500 manata satılır. 

Hərrac elanında Baş Prokurorluğun balansında olan maşınlar da yer alıb. Onlardan “Volkswagen Passat” və “UAZ 3962” markalı maşının hər birinin ilkin satış qiyməti  5 000 manat müəyyən edilib. 

Siyahıda ən bahalı maşın “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Toyota Land Cruiser”dir. 1999-cü ilə aid olan maşın 23 250 manata satılır. 
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin balansında olan “Mitsubishi L200” markalı maşın 20 000 manat, “Nissan Pickup” isə 12 000 manata hərraca çıxarılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Mitsubishi Galant”ı (2006) 7 200 manata təklif olunur. Siyahıda daha ucuz qiymətə olan maşınlar da yer alıb. Daha ətraflı buradan tanış ola bilərsiz. 

Xatırladaq ki, hərracda iştirak etmək istəyən vətəndaşlar öncədən maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin