BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
8271

"Mart ayının 1-dən etibarən Türkiyə ilə Azərbaycan arasında qüvvəyə minən preferensial ticarət sazişi ölkələrimiz arasında olan ticarət əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcək”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərlotereya”nın Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilənin imzalanma mərasimində deyib.

“İki gün sonra biz ikitərəfli münasibətlərimizdə daha bir əlamətdar tarixi yaşayacağıq. Bizim qarşımızda çox iddialı bir hədəf var. 2025-ci il üçün ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmalıyıq”, - deyə nazir əlavə edib.

Mikayıl Cabbarov bildirib ki, “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam dövlət şirkətlərinin fəaliyyətinin yenidən qurulması çərçivəsində qəbul olunmuş mühüm qərarlardandır.

Onun sözlərinə görə, müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılan növbəti addımdır. Həmçinin, xarici investorların cəlbi “Azərlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, iqtisadi səmərəsini artıracaq.

Nazir onu da diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan iqtisadiyyatında 11 milyard manat sərmayə qoyuluşu ilə fəal rol oynayır.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Holding” şirkəti arasında imzalanan müqaviləyə əsasən, “Azərlotereya” ASC tərəfdaşa 10 il müddətində icarəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır?

Gömrük bağlamanı aça bilərmi? - Rəsmi açıqlama + VİDEO

Yaxın Şərqin Manhetteni - BƏLƏDÇİ

İstilər səbəbindən 1 həftədə 27 nəfərin öldüyü ölkə

İstilər səbəbindən 1 həftədə 27 nəfərin öldüyü ölkə

Problemli kreditlər hansı valyutada daha çoxdur? – Son məlumat

Tikinti şüşəsinin istehsalı 20 faizdən çox artıb

Almaniya iqtisadiyyatı kadr çatışmazlığı problemiylə üzləşib

Almaniya iqtisadiyyatı kadr çatışmazlığı problemiylə üzləşib

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

Azərbaycanda kredit faizləri əmanət faizlərindən 3,2 dəfə çoxdur

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Ucuzlaşacaq, yoxsa ucuzlaşmayacaq?

“Apple” şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

34 ölkədə qadağan olunan məhsul - Biz niyə ondan imtina etmirik?

Dünyanın ən qiymətli alkoqolsuz içki markaları - SİYAHI

Dünyanın ən qiymətli alkoqolsuz içki markaları - SİYAHI

Mbappe 200 milyon avroluq təklifdən imtina edib

Daşınmaz əmlakı nağdsız əldə et, ƏDV-nin 30 faizini geri al

Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır?

“Saudi Aramco”-nun kapitalı Səudiyyə Ərəbistanının ÜDM-ni ötüb

Çiyələk bol, qiymət ucuz - Qiyməti bahalaşa bilərmi?

G20-də kapitallaşması milli ÜDM-i keçən yeganə şirkət açıqlandı

Günlük villa kirayələrinə maraq artıb: Səbəb nədir?

Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? (VİDEO)

Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

“Lamborghini” mühərriklərin səsləri yazılmış aksesuar təqdim etdi - FOTO

Rusiyada ən çox satılan minik avtomobillərinin adları açıqlandı

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin