BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
8020

Bu il neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çatacaq, çünki neftə olan tələbat yenidən artacaq, ancaq istehsalçılar lazımı təkliflərə dərhal cavab verə bilməyəcəklər..

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədə yerləşən törəmə “SOCAR Trading SA” şirkətinin baş ticarət direktoru Xəyal Əhmədzadə bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiyaya cavab olaraq yaranmış artıq izafi neft ehtiyatları yaya qədər tamamilə bitəcək: “Bu dövr ərzində boru, quyu və fitinqlərin istehsalında istifadə olunan poladın qiymətlərinin sürətlə bahalaşması və istehsalçılar üçün yüksək kapital dəyəri, tələbin geri qayıtmasına baxmayaraq onsuz da çətinləşmiş sənaye tərəfindən mənalı bir təklif reaksiyasının qarşısını alacaq”.

“Mən yaz aylarında və ya ilin sonuna qədər neftin bir barrelinin qiymətini 80 ABŞ dollara və yaxın 18-24 ay ərzində bir barrel üçün 100 ABŞ dolları qiymətinin üzərində görsəm, təəccüblənmərəm”, - deyə X. Əhmədzadə bildirib.

O qeyd edib ki, SOCAR artıq özünün böhran zamanı saxladığı 15 milyon barel olan bütün nefti həcmlərini satıb: “Polad qiymətlərinin artması neft xidmətləri göstərən podratçıların hasilatı vaxtında bərpası üçün və büdcə çərçivəsində tələb olunan boruların, quyuların və digər infrastrukturun inşası çətinləşəcək. Bu, ölkələr karantin rejimi və digər məhdudiyyətlərdən çıxdıqca tələb geri qayıtdıqda belə, təklif reaksiyasını ləngidəcək. Çox yüksək polad qiymətləri səbəbindən sənayedə bir sarsıntı görə bilərik".

X. Əhmədzadə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanı da əhatə edən müttəfiqlərinin tədricən hasilatın artımına və xam neftin tezliklə tam güclə ötürülməsinə geri dönməsini gözlədiyini söyləyib. Buna baxmayaraq, o, bunun da yetərli olmayacağını bildirib.

Onun sözlərinə görə, hətta Səudiyyə Ərəbistanı və Texasda da istehsal olsa belə, 12 aydan sonra neft çatışmazlığın olacağına dair qorxular var: “Bu, qiyməti olduqca sürətlə artıracaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin