BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
8009

Ölkədə nağdsız hesabalaşmaları stimullaşdırmaq məqsədilə həyata keçirilən “ƏDV geri al” kampaniyası gün-gündən vüsət alır. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV geri alırlar.

Vətəndaş Rəşad Məmmədli Marja-ya müraciətində bildirib ki,  “ƏDV geri al” kampaniyasından neçə illər arzusunda olduğu  “BMW 528 “ avtomobilinin  alışı zamanı  yararlanmaq  istəyib:

“Bakı şəhəri Tbilisi prospektindəki “İST petrol” yanacaq doldurma məntəqəsinin (YDM) nəzdində olan  “İST CARS”  avtosalonundan “BMW 528 “ avtomobilini almaq istədim. Salonda  bütün avtomobillərə qiymətlər ABŞ dolları ilə qeyd olunmuşdu. Salonda 23800 dollara BMW 528 bəyəndim. Salonun Azər adlı işçisi ilə danışıqlar apardım. Qiymətdə razılaşdıq. Mən fikirləşdim ki, ödənişi  bank kartı vasitəsi ilə edim və “ƏDV geri al” kampaniyasından  700- 800 manata yaxın  qazanc əldə edim. Amma mənə bildirildi ki, salonda nə nəzarət kassa aparatı, nə də POS-terminal vardır. Mən ““İST Petrol”da kassa da, POS-terminal da var. Sizdə niyə yoxdur?” soruşdum. Azər adlı işçi bildirdi ki, “bizim YDM-ə aidiyyatımız yoxdur. Müdirimiz Elvin müəllim salonu icarəyə götürüb”.

Mən çox təəccübləndim. Ölkədə hər bir kiçik köşkə kassa aparatı, POS-sterminal qoyulduğu halda milyonlarla manat dövriyyəsi olan avtosalonda nə kassa aparatı, nə də POS-terminal var. Bugünki gündə azad olunmuş torpaqlarımızın bərpası, yaralı qazilərimizin müalicəsi üçün büdcəyə daxil olan hər bir qəpiyin əhəmiyyətli olduğu vaxtda Bakı şəhərinin mərkəzi yerlərindən birində, gözqabağında büdcədən yüz minlərlə manat vergi yayındırılır. Çox maraqlıdır Vergi əməkdaşları bu salonu niyə görmək istəmirlər?!”.

Məsələ ilə ilə əlaqədar “İST CARS” avtosalonu ilə əlaqə saxladıq. Avtosalonun rəhbəri Elvin Quliyev Marja-ya bildirdi ki, “İST CARS” fiziki şəxs tərəfindən istifadə edilən brenddir və həmin şəxs əlavə dəyər vergisi (ƏDV) ödəyicisi deyil:

“Biz avtomobillərin idxalı ilə məşğul olmuruq, avtomobilləri daxili bazardan alıb satışını həyata keçiririk. Avtomobillər daxili bazardan alındığından ƏDV ödəmirik. Bizim onlayn kassa aparatımız mövcuddur və Dövlət Vergi Xidmətinin bazasına qoşulub. Lakin biz avtomobilləri aldığımız zaman ƏDV ödəmədiyimizdən, müştərilərimiz də ƏDV ödəmirlər, bu səbəbdən ƏDV də qaytarılmır”.

Elvin Quliyev POS-terminallarının olmamsı ilə əlaqədar bildirdi ki, istəyən müştəri avtomobilin dəyərini nağdsız şəkildə bank hesablarına ödəyə bilər: “Müştəri bizə nağdsız ödəmə etmək istədiyini bildirən zaman ona ilkin müqvilə təqdim edirik. O, notarius vasitəsilə müqavilə əsasında bizə nağdsız ödəniş edə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.  Bakı şəhərində fəaliyyət göstərən avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələri 01 İyul 2019-cu il tarixinədək, regionlarda fəaliyyət göpstərən avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələr isə 01 Oktyabr 2019-cu il tarixinədək e-kassa-ya keçməli idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin