BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
7909

Azərbaycan ilə Türkiyə nəqliyyat və rabitə sahəsində tədqiqat və inkişaf üzrə əməkdaşlıq memorandumu imzalayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Valyuta.Az-a bildirilib ki, Türkiyədə səfərdə olan nazir Rəşad Nəbiyev qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. Görüşdə müvafiq sahələr üzrə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik bildirilib.

Həmçinin R.Nəbiyevlə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank arasında görüş keçirilib. Görüşdə İKT, innovasiyalar üzrə əməkdaşlıq məsələləri və qardaş ölkənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiqi müzakirə predmeti olub.

Bundan əlavə, Türkiyənin rəqəmli transformasiya ofisinin rəhbəri Ali Taha Koçla görüş baş tutub. Görüş zamanı süni intellekt, böyükhəcmli məlumatlar və “Hökumət buludu” mövzusunda gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəlinib.

Eyni zamanda, R.Nəbiyev Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunu ziyarət edib. Nazir Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanış olub.

Səfər çərçivəsində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında nəqliyyat və rabitə sahəsində tədqiqat və inkişaf üzrə əməkdaşlıq memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin