BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
7801

Hazırda respublika üzrə koronavirusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə edilir. Rəsmi məlumata görə, respublika üzrə ən çox yoluxma 52,2 %-lə Bakıda, ən az yoluxma isə 0,05 %-lə Naçıvandadır.

Bakı əhalisinin sərt karantin qaydalarından təngə gəldiyi bir vaxtda Naxçıvana səyahət edənlər orada karantin rejimin tətbiq olunmadığını, orta və ali məktəblərdə dərslərin ənənəvi qaydada tədris olunduğunu, açıq və qapalı məkanlarda insanların maska taxmadığını, toy və yas mərasimlərinin hərzamankı kimi qeyd edildiyini bildirirlər.

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda COVID-19 virusuna yoluxmanın az olmasına səbəb nədir? Buna necə nail olunub? 

Naxçıvanı Milli Məclisdə təmsil edən deputat Eldar İbrahimov Modern.az-a deyib ki, rayonda yoluxmanın azlığı əhalinin nizam-intizamlı olması ilə birbaşa bağlıdır:

“Naxçıvanda əvvəldən tətbiq edilən bütün qaydalara hamı bir nəfər kimi riayət etdi. Ona görə də indi hamı rahat şəkildə işinə gedir, təhsilinə davam edir, xəstəlik də azdır. Bakıda isə insanlar maska taxılmağın vacib olduğu vaxtda taxmadılar. Bir də görürsən ki, maskanı çıxarıb saatlarla ünsiyyətdə olurlar, deyirlər “heç nə olmaz”. Naxçıvanda insanlar məsuliyyətlidir, özlərini qoruyurlar. Üstəlik respublika rəhbərliyi bu məsələyə çox ciddi yanaşır. Naxçıvan Ali Məclisi tərəfindən elə bir şərait yaradılıb ki, həm qaydalara əməl olunur, həm də nəzarət yetəri səviyyədədir”.

Deputat həmçinin deyib ki, Naxçıvanın havası da bu məsələdə mühüm rol oynayıb:

“Naxçıvanın havası təmiz və qurudur. İnsanların bronxları, ağciyəri, ürəyi üçün tam lazım olan havadır. Düşünürəm ki, bu da yoluxmanın az olmasında rol oynayıb”.

E.İbrahimov ötən ilin yay aylarında Naxçıvanda yoluxmannın kəskin artması və hətta xəstəxanalarda yer olmaması barədə məlumatları təkzib edib:

“Naxçıvanda yoluxma heç vaxt nəzarətdən çıxan hala gəlməyib. Yəni belə şey olmayıb. Naxçıvanda hər zaman təbliğat və nəzarət tədbirləri güclü olub. O nəzarətə və məsuliyyət hissinə görə, hazırda muxtar respublikada xəstəlik olduqca azdır. Mən sonuncu dəfə orada ötən ilin may ayında olmuşam. Bildiyiniz kimi, sonradan gediş-gəliş dayandırıldı. Amma qarşıdakı mart ayında Naxçıvana gedəcəyəm. Ümid edirəm ki, o vaxtadək paytaxtda da yoluxma minimuma enər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elektrikli avtomobil sənayesində yeni bir ilkə imza atılıb

Trampdan sensasion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin