BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
7625

Təhsil müəssisələrində ödənişli əsaslarla əyani təhsil alan və müəyyən kateqoriyalara aid tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu tələbələr arasında məcburi köçkün ailələrindən olanlar da var.

Maraqlıdır, topaqlarımızın işğaldan azad edildiyini nəzərə alsaq, həmin tələbələr artıq təhsilhaqqı ödəməlidirlər?

Təhsil Nazirliyindən TED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, torpaqlarımız işğaldan azad edilsə də, Prezidentin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı hazırda qüvvədədir. Həmin Sərəncama əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu, Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiqlənib.

Həmçinin bildirilib ki, aşağıdakı tələbələr də təhsil haqqından azaddırlar:

Dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində təhsil alan məcburi köçkünlər qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müddəti ərzində, şəhid ailələrindən olan tələbələr isə 23 yaşınadək;

Ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində, əyani formada təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları arasından olan şəxslər 23 yaşınadək;

Azərbaycan ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində təhsil alan aşağıdakı şəxslər:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların uşaqları;

 Hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

Ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin