BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
7594

Respublika QİÇS-lə Mübarizə Mərkəzi fevralın 12-də malların özünəməxsus çap və hazırlanması üzrə satınalma müsabiqəsinə yekun vurub. 

Valyuta.Az xəbər verir ki, məbləği 164 min 900 manat olan olan tenderi "DEKOMA QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb.

Tenderin şərtlərinə görə, 85000 təqvim - stolustu 12 aylıq və səhifəlik (spirallı, xüsusi loqolu, A5 300 qr kağızda və laminasiyalı), 85000 cib bloknot- qələmli (100 vərəqli ,100 qr kagiz), 85000 cib təqvimi (350 qr xüsusi loqolu laminasiyalı) tədarük olunacaq. 

Qeyd edək ki, müsabiqənin qalibi olan "Dekoma Qrup” MMC 17.12.2020 tarixində yaradılıb. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.96 m.17 ünvanında yaradılan şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Günel Qəmbərovadır. 

Qəmbərova Günel Oqtay qızının qanuni təmsilçisi olduğu daha bir şirkət ötən ilin dekabrın 22-də yaradılıb. Belə ki, "ALTEKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüququ ünvanı "Dekoma Qrup”la eynidir. 

Maraqlıdır ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fevralın 8-də keçirdiyi birdəfəlik kontraseptivlərin satın alınması müsabiqəsində də qalib yeni yaradılan şirkət olmuşdu. Məbləği 199 min 500 manat olan tenderi qalibi "KİP SERVİS" MMC olmuşdu.

Bu isə o deməkdir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi 4 gün ərzində 2 dəfə kobud şəkildə pozub. Belə ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 

Tenderin başlamasından, yəni 12.01.2021-ci il tarixindən cəmi 1 ay əvvəl yaradılmış şirkətin müsabiqədə qalib elan olunması şübhələrə əsas verir...

Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi bir neçə gün əvvəl birdəfəlik kontraseptivlərin satın alınması ilə bağlı müsabiqəyə də yekun vurmuşdu.

Qaynarinfo xəbər verir ki, məbləği 199 min 500 manat olan tenderin qalibi "KİP SERVİS" MMC olub.
 
Tenderin şərtlərinə görə, 50 min ədəd qoruyucu gigiyenik vasitə N3 (xüsusi gigiyenik sertifikatlı ve son istifadə müddəti 2024 ilədək) mərkəzə veriləcək. Yəni, bir ədədi təxminən 4 manata.

halbuki Bakının ən məşhur apteklərində 2024-cü ilədək istifadə müddəti olan qoruyucu gigiyenik vasitə N3-ün pərakəndəsatış qiymətləri belə  2-3,5 manat arası dəyişir. Topdansatış qiymətləri ən azı 25 faiz aşağı olmalı olduğu hald nədənsə tenderdə 2 dəfə baha qiymət qalib elan edilib.

Maraqlıdır ki, 2020-ci ilin mart ayında QİÇS-lə Mübarizə Mərkəzi "Asavem” şirkətindən həmin məbləğdə (199,5 min manat) bu məhsuldan 120 min qutu alıb (1 qutu 1,66 manata). Həmin ilin iyul ayında QİÇS-lə Mübarizə Mərkəzi və "Alkon-111” MMC arasında bir qutusu 1,52 manata olan 40 min prezervativin alınmasına dair müqavilə imzalanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin