Xəbər
11.02.2021 / 13:14
"Azerspace-2"nin gəlirlər üzrə proqnozu acıqlanıb
7448
Azərbaycanın ikinci peykinin ("Azerspace-2") kommersiya istifadəsindən son iki il ərzində 40 mln. ABŞ dolları gəlir əldə olunub.
Bu barədə "Azercosmos" ASC-dən bildirilib.
Qeyd olunub ki, "Azerspace-2" peyki 2018-ci ilin sentyabr ayında orbitə buraxılıb və onun kommersiya istifadəsinə 2019-cu ildən başlanılıb: "Layihə 190 mln. dollara başa gəlib. Peykin istismar müddəti 20 ildir. Azərbaycanın ikinci peykinin daha gəlirli olacağı və fəaliyyət ömrü müddətində 450 mln. dollardan çox gəlir gətirməsi proqnozlaşdırılır". //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay